Xəbərlər
Xəbərlər
Mazda Azərbaycan yeni kompakt krossoveri – CX-60-ı təqdim etdi.
10 İyun 2023

Dünən, 2 İyun tarixində Mazda Azərbaycan yeni kompakt krossoveri – CX-60-ı təqdim etdi. Baku Marriott Bulvar Hoteldə təşkil edilmiş təqdimat mərasimində Mazda brendinin ən son modeli öz sevənləri ilə qovuşdu.

Yeni CX-60 həm 2.5 L benzin, həm də 48v gücündə Mild Hibrid komplektasiya ilə alıcılara təklif edilir. Avtomobil optimal enerji sərfiyyatı ilə 190 at gücü olan mühərriki ilə 3 fərqli sürüş (standart, off-road, idman) növü və 8 pilləli sürətlər qutusu ilə idarə edən şəxsə alternativ təcrübə vəd edir. Mazda CX-60 e-Skyactiv mühərrik ilə mild hibrid sistemi enerji sərfiyyatına kifayət qədər güc qatır.

Yol zolağı assistenti, Qəza önləyici arxa əyləc sistemi, kor bölgə kontrolu, ötmə-keçmə xəbərdarlıq sensoru və digər xüsusiyyətləri ilə yapon texnologiyasının bir üst səviyyə təhlükəsizlik sistemi də avtomobili daha güvənilən bir hala gətirir. Əlavə olaraq, 360 dərəcə kamerayla bərabər ilk dəfə see-through view
sistemi ilə də təchiz edilmişdir. Avtomobil eyni zamanda Driving Fatigue Reduction sensoru vasitəsilə sürücünün yorğun, yuxulu və fiziki olaraq uyğun olmayan vəziyyətini də təyin edir.

Genişləndirilmiş 12 düymlük monitor, naqilsiz şarj etmə, avtomatik oturacaq və güzgü tənzimləmə yaddaşı, panoramik dam örtüyü, dəri salon və erqonomik strukturu ilə ənənəvi Mazda komfortuna daha artıq rahatlıq qatır.

Avtomobili bu gündən etibarən 5 fərqli rəngdə Mazda Avtomobil Mərkəzində əldə edə bilərsiniz.

Ünvan: Mazda Avtomobil Mərkəzi
Bakı-Sumqayıt şossesi, 6-cı km
Telefon: +994 12 349 01 00